La Palmada vulkan 50 il sonra yenidən püskürüb

İspaniyaya bağlı Kanar arxipelaqında yerləşən La Palma adasının cənubunda 50 ildən sonra vulkan püskürüb.

80 min insanın məskunlaşdığı ərazidə 1971-ci ildən bəri hərəkətsiz vəziyyətdə olan Kumbre Vyexa vulkanının püskürməsi nəticəsində 5 min adam təxliyə edilib. Bələdiyyə sədri Serxio Rodriqez ən az 100 evin dağıldığını açıqlayıb. Onun sözlərinə görə, yerli əhali bir müddət evlərinə geri qayıda bilməyəcək.

Adada həyata keçirilən təxliyə işlərinə nəzarət etmək üçün La Palmaya səyahət edən İspaniyanın Baş naziri Pedro Sançez lavanın adada yerləşən hər şeyi məhv etdiyini bildirib.