“Pfizer”in 5-11 yaş arası yeniyetmələrə vurulması üçün müraciət ediləcək

Artıq bəzi ölkələrdə məktəblərin açılması və uşaqların ənənəvi təhsilə qayıtması ilə bağlı şagirdlərin vaksinasiya olunub-olunmaması məsələləri sıx şəkildə müzakirə edilməyə başlanılıb.

Bununla əlaqədar olaraq yeni növ koronavirusun “Delta” ştamının yayılması ilə uşaqlar arasında daha ciddi halların artacağı ilə bağlı narahatlıqlar da ortaya çıxarıb.

Sentyabrın 20-də ABŞ-ın “Pfizer” dərman şirkəti və Almaniyanın “BioNTech” şirkətinin birgə hazırladıqları “COVID-19” peyvəndinin 5-11 yaşarası uşaqlarda güclü qorunma təmin etdiyini bildirilib.

Hər iki şirkətin birgə açıqlamasında bu yaş qrupunda peyvəndin təhlükəsiz olduğu və təcrübələrdə uşaqların orqanizminin vaksini yaxşı mənimsədiyinin təyin olunduğu qeyd edilib.

“Pfizer” və “BioNTech” hazırladıqları peyvəndin 5-11 yaş arasındakı uşaqlara vurulmasının təsdiqlənməsi üçün ən qısa zamanda səlahiyyətli orqanlara müraciət edəcəklərini açıqlayıblar.