“Douyin” azyaşlılar üçün gündəlik vaxt məhdudiyyəti tətbiq edib

“TikTok” video-paylaşım platformasının Çində istifadə edilən versiyası olan “Douyin” uşaqlar üçün platformadan istifadəni gündəlik 40 dəqiqə ilə məhdudlaşdıracaq.

Şirkətdən verilən məlumata görə, qaydalar 14 yaşdan kiçik, video-paylaşım platformasında əsl adları ilə qeydiyyatdan keçmiş şəxslərə şamil ediləcək və onlar “Douyin”in xidmətindən yalnız səhər saat 6-dan axşam saat 10-a kimi istifadə edə biləcəklər.

Qeyd edək ki, Çində istifadə edilən “Douyin” onlayn video-paylaşım platformasında qeydiyyatdan keçmək üçün yaş məhdudiyyəti tətbiq edilməsə də, 18 yaşdan aşağı şəxslərin valideynlərinin icazəsi mütləqdir.