“COVID-19”-a yoluxmuş Niyazi Eminov Mərkəzi Gömrük Hospitalına köçürülüb

Yeni növ koronavirusa yoluxmuş cərrah Niyazi Eminov dünən axşam saatlarında Mərkəzi Gömrük Hospitalına köçürülüb.

Bir müddətdir “Yeni klinika”da müalicə olunan cərrahın Mərkəzi Gömrük Hospitalına köçürülməsinə qərar verilib. N.Eminovun vəziyyəti ağır-stabil kimi qiymətləndirilir. Onun ağciyərlərində 90 % buzlaşma qeydə alınıb.

Qeyd edək ki, Niyazi Eminovun atası oğlunun Mərkəzi Gömrük Hospitalına köçürülməsi üçün müraciət etmişdi.