BAKU Azərbaycan
26.03 °C

İranın ali rəhbərinin Azərbaycandakı nümayəndəliyi bağlandı

İranın ali rəhbəri ayətullah Seyyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Ocaq Necatın ofisinin yerləşdiyi Hüseyniyyə məscidi qapadılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.

O bildirib ki, paytaxtın bir neçə yerində son günlər COVID-19 virusuna yoluxanların sayı artıb:

“Bu gün günorta saatlarında polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə ofisin yerləşdiyi Hüseyniyyə məscidinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür. Təkcə həmin adıçəkilən yerlər deyil, koronavirusunun çox yayıldığı digər qapalı məkanların da fəaliyyəti dayandırılıb”.