BAKU Azərbaycan
18.03 °C

Qəsəbələrarası yeni marşrut xətti təşkil edilib

Pirəkəşkül, Yeni qəsəbə, Müşfiqabad və 28 May qəsəbələrində sərnişindaşıma xidmətlərinin daha da təkmilləşdirilməsi məqsədilə 115 nömrə adı altında yeni qəsəbələrarası müntəzəm marşrut xətti təşkil edilib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, 05.10.2021-ci il tarixdən fəaliyyətə başlayacaq marşrut xətti üzrə avtobuslar başlanğıc məntəqəsi Bakı – Şamaxı şosesi (Sulutəpə qəsəbəsi, körpü), son dayanacaq məntəqəsi Bakı – Şamaxı şosesi (Pirəkəşkül qəsəbəsi) olmaqla hərəkət edəcək.