BAKU Azərbaycan
13.03 °C

Oktyabrın 3-nə gözlənilən hava proqnozu

Azərbaycanda oktyabrın 3-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 12-14°, gündüz 19-21° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan yüksək – 770 millimetr civə sütunundan 766 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 % təşkil edəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, oktyabrın 3-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı, axşam bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-16°, gündüz 18-22° isti, dağlarda gecə 1-6°, gündüz 6-10° isti olacağı bildirilir.