27 yaşlı gəncin ölümünə səbəb olan ağır yol-nəqliyyat hadisəsi

0
17

Tərtərdə bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Gazette.az xəbər verir ki, hadisə məcburi köçkünlərin yaşadığı 4-yol qəsəbəsi adlanan ərazidə qeydə alınıb.

Belə ki, Bərdə rayon Xanərəb kənd sakini, 1993-cü il təvəllüdlü Süleymanov Asif Şəmi oğlu axşam saatlarında at ilə evlərinə gedərkən onu yük maşını vuraraq qaçıb.

Yararlı yaxınları tərəfindən Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.