"Apple" şirkəti eyni anda bir sıra yeni tətbiq və sevisini təqdim edib.

Gazette xəbər verir ki, keçirilən tədbirdə dünyanın texnologiya nəhənglərindən biri olan şirkət "Apple TV+" film, serial və veriliş izləmə tətbiqini, "Apple News+" xəbər sevisini, "Apple Arcade" oyun tətbiqini və "Apple Card" adlı kredit kartını ictimaiyyətə təqdim edib.

Verilən məlumata görə "Netflix" şirkəti ilə rəqabət apara biləcək "Apple TV+"-da "Amazon", "HBO", "CBS", "Starz" və "Showtime" kimi məşhur televiziya kanallarının təqdim etdiyi veriliş, film və serialları orijinal formada izləmək mümkün olacaq. 

Tədbirdə tətbiq haqqında məlumat verən şirkətin nümayəndəsi Peter Stern "Apple TV+"-un özəlliyinin istifadəçilərin yalnız baxmaq istədikləri kanal üçün ödəmə edə biləcəyinin olduğunu vurğulayıb.  O, qeyd edib ki, "Apple TV Plus" tətbiqindən yalnız İOS sistemində deyil, eyni zamanda Android və digər sistemlərdə də istifadə etmək mümkün olacaq.  

Şirkətin təqdim etdiyi "News+" xəbər servisi vasitəsilə istifadəçi aylıq abunə haqqı ödməklə "The New Yorker", "Esquire", "The Atlantic", "National Geographic", "Men's Health" və "Vogue" da daxil olmaqla 300-dən çox qazet və jurnalı oxuya biləcək. Bu tətbiq istifadəyə verildikdən sonra bir ay ərzində istifadəçilərə pulsuz təqdim ediləcək.

"Apple Arcade" oyun tətbiqində təqdim edilən digər tətbiqlərdən fərqli olaraq yalnız üçüncü tərəflərin deyil sırf "Apple"-a aid olan oyunlar yer alacaq. Yeni oyun platforması iyul ayında 150-dən çox ölkədə istifadəyə veriləcək.

Təqdim edilən "Apple Card" adlı kredit kartının özəlliyi onun istfadəyə verildikdən sonra sadə şəkildə genişləndiriləcəyi, aşağı faizlə təqdim ediləcəyi, aylıq abunə haqqının olmayacağı, hədiyyə kapmaniyasından aktif şəkildə istifadə ediləcəyinin olduğu bildirilir. Kartın hansı faizlə veriləcəyi barədə məlumat verilmir.