ABŞ-da “Facebook” şirkəti ilə bağlı araşdırmaya başlanılıb.

Gazette xəbər verir ki, Nyu-York ştatının Baş prokuroru Letitia James 1 milyon 500 min istifadəçisinin elektron ünvanlarından əlaqə məlumatlarının icazəsiz toplanması ilə əlaqədar təhqiqatın başlandığını bəyan edib.

O, bildirib ki, “Facebook”un verdiyi açıqlamaya görə bu məlumatlar elektron ünvanın yoxlanması yolu ilə toplanıb. James "Facebook"u istifadəçilərin şəxsi məlumatlarından istifadə ilə bağlı məsuliyyətə cəlb etməyin vaxtı çatdığını qeyd edib.

Bu arada Kanadanın Şəxsi məlumatların qorunması idarəsi də “Facebook” şirkətini məhkəməyə verməklə hədələyib. Buna 600 minə yaxın sosial şəbəkə istifadəçisinin məlumatlarının toplanması səbəb olub. Şirkət hələ ki, məsələyə münasibət bildirməyib.