“Facebook” sosial şəbəkəsində son altı ay ərzində 3 milyarddan çox saxta hesab silinib.

Gazette xəbər verir ki, bu barədə mayın 23-ü şirkətin yaydığı məlumatda deyilir.

Bildirilib ki, saxta hesabların silinməsi əməliyyatı ötən ilin oktyabr ayından cari ilin mart ayınadək davam edən dövrü əhatə edib.

Məlumatda hesabların çoxu yarandığı bir neçə dəqiqə ərzində aşkarlanaraq bağlandığı qeyd edilib. 

“Facebook” şirkəti etiraf edib ki, çox vaxt qaydaları pozanlar qoyulan əngəlləri aşa bilir, ona görə indi şirkət saxta hesabların sayını ümumi istifadəçi sayının 3-4%-i deyil, 5%-i həddində hesablayır.