“Google” şirkətinin tərcümə funksiyası olan "Google translate" vasitəsilə hər gün 100 milyard söz tərcümə edilir.

Gazette xəbər verir ki, şirkət bu barədə paylaşdığı video çarxda məlumat verib.

Video çarxda insanların müxtəlif ölkələrdə yaşayan insanlarla ünsiyyət qurması üçün smartfonlardan istifadə etməsi göstərilir. 

Həmçinin videoda “Google translate”in artırılmış reallıq imkanları nümayiş etdirilib. Belə ki, kameranın proqramı vasitəsilə nişan və lövhələrdəki yazılar başqa dilə tərcümə etməyin mümkünlüyü qeyd edilib.

Bildirək ki, hər gün tərcümə edilən 100 milyard söz arasında ən çox "how are you" (necəsən), "thank you" (təşəkkür edirəm) və "i love you" (mən səni sevirəm) sözlərindən istifadə olunur.