Noyabrın 27-də Mars planetinin səthinə uğurlu eniş etmiş NASA-nın "InSight" kosmik aparatı Yer kürəsinə ilk özçəkim (selfie) fotosunu göndərib.

Gazette xəbər verir ki, göndərilmiş fotoda Elysium Planitia adlı düzənlik əks olunub. Bu düzənlik quyu qazılması və digər tədqiqat işlərinin aparılması baxımından InSight üçün əlverişli zonadır. Uğurlu enişdən sonra uzunmüddətli kosmosda səyahət və sürətli eniş zamanı kosmik aparatın heç bir hissəsinin zədələnmədiyinə əmin olmaq üçün "InSight"a bir neçə müddət vaxt lazım olub. İlk özçəkim foto ilə birgə göndərilmiş məlumatlar onu göstərir ki, kosmik aparat öz günəş panellərini uğurlu şəkildə aktivləşdirib.