“Facebook” şirkəti 2018-ci ilin III rübünə olan nəticələri açıqlayıb.

Gazette xəbər verir ki, cari ilin 9 ayı ərzində aktiv istifadəçilərinin sayını 2 milyard 271 milyona yüksəldən “Facebook” sosial şənəkəsinin qazancı ötən ilin eyni rübü ilə müqayisədə 33% artaraq 13,7 milyard dollar təşkil edib.

2018-cı ilin əvvəlində “Cambridge  Analytica” şirkəti ilə bağlı yaranmış qalmaqallı vəziyyətə baxmayaraq şirkət genişlənməkdə davam edib. Belə ki, “Facebook” sosial şəbəkəsində aylıq aktiv istifadəçi sayı 37 milyon, ötən ilin sonu ilə müqayisədə isə 142 milyon artıb.

Cari ilin əvvəlindən Şimali Amerika və Avropada elə də çox istifadəçi cəlb edə bilməyən "Facebook" Asiyadan 31 milyon istifadəçi qazanıb.

Üçüncü rübdə 13,7 milyard dollar qazanc əldə edən şirkətin gəlirləri ilin 9 ayında 40% artaraq 38,9 milyard dollar olub.