2019-cu il aprel ayının 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Gazette-yə verilən məlumata görə, Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən 2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub.

Azərbaycan Respublikasının vətəndaşları Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir.

Körpə tam sağlamdır və peşəkar tibb işçilərinin nəzarəti altındadır.