Dekabrın 7-sı axşam saatlarında Bakı-Sumqayıt yolunda 20 yanvar dairəsi istiqamətində 119 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10TG174 dövlət nəqliyyat nişanlı avtobus qəzaya uğrayıb. 

Gazette-nin xəbərinə görə, avtobusun aşması nəticəsində 3-ü qadın, 6-sı kişi olmaqla 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlardan 2 nəfər Respublika Klinik Xəstəxanasına, 7-si isə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

Yaralılardan 63 yaşlı qadının vəziyyəti ağır, digərlərinin vəziyyəti qənaətbəxşdir.

 
 


04:40

Verilən son məlumata görə qəza zamanı xəsarət alaraq xəstəxanalara yerləşdirilən 9 nəfərdən 8-i artıq ambulator müalicə üçün evə buraxılıb.

Yalnız bir nəfərin, 1951-ci il təvəllüdlü Hüseynova Mehriban Tağı qızının  vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. O, hadisə zamanı ağır kəllə-beyin travması alıb.