Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə telefonla zəng edib. 

Prezidentin Mətbuat xidmətindən Gazette-yə verilən məlumata görə, dövlət başçısı Kasım-Jomart Tokayevə prezident seçkilərində qələbə qazanması münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Dövlət başçıları Azərbaycan ilə Qazaxıstan arasında dostluq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirib, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.