Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qurumun fəaliyyəti ilə bağlı tanıtım video çarxı təqdim edilib. 

Qurumdan Gazette-yə verilən məlumata görə, tanıtım videosunun hazırlanmasında əsas məqsəd DMX-nın fəaliyyət istiqamətləri, xidmət bölmələri, göstərilən xidmətlər barədə məlumatlılığı artırmaq, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına səfər etdikləri zamanı müraciətlərinin düzgün istiqamətləndirilməsinin təmin edilməsidir.

Əsas hədəf qrupunun əcnəbilər olması nəzərə alınaraq tanıtım çarxı ingilis dilində hazırlanıb.

Çarx həmçinin ölkəmizin turizm, investisiya imkanlarının təşviq edilməsi üzrə məlumatlandırmanın artırılmasına töhfə verir.