Diasporla İş üzrə Dövlət Komitəsinin Cümhuriyyətin 100 illiyi ilə bağlı həyata keçirdiyi tədbirlər çərçivəsində Azərbaycanın müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri olmuş şəxsiyyətlərdən biri Ceyhun Hacıbəylinin Parisdə yaşayan varisləri - oğlu Timuçinin həyat yoldaşı Paskal Hacıbəyli Buşe və oğlu Benjamin Hacıbəyli Bakıda səfərdədirlər.

Gazette xəbər verir ki, onlar ilk öncə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edərək məzarı üzərinə tər çiçəklər düzüblər.

Ceyhun Hacıbəylinin gəlini Paskal Buşe və Benjamin Hacıbəylilər Fəxri Fiyabanda bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin və məşhur azərbaycanlı maestro Niyazinin qəbrini ziyarət edilbər.

Daha sonra onlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət ediblər.