Aprelin 10-da Bakıda Nizami rayonunun Babək prospektində məcburi köçkünlərin məskunlaşdıqları binada yanğın baş verib.

Gazette xəbər verir ki, hadisə baş verdikdən sonra Baş nazirin müavini Əli Əhmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasımov, Dövlət Komitəsinin sədr müavinləri və digər məsul işçilər hadisə yerində olublar. 

Yanğın baş verdikdən sonra Dövlət Komitəsi tərəfindən yaradılmış komissiya hadisə yerinə gedib, siyahıyaalınma aparılıb. 

Qeyd edək ki, yanğın binanın üçüncü mərtəbəsində, dəhlizdə baş verib. Yanğının söndürülməsi zamanı sudan ziyan dəymiş 23 mənzildə yaşayan məcburi köçkünə dövlət tərəfindən kirayə pulu veriləcək. 

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən biri azyaşlı olmaqla 2 nəfər xilas edilib, 10 nəfər sakin təxliyə olunub. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb, xəsarət alan şəxslərdən birinə hadisə yerində, digərinə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi adlı şəxsin şəkli.