Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyində olub.

Gazette-nin xəbərinə görə Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti, görkəmli dövlət xadimi George Herbert Walker Bushun vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.

Dövlət başçısı ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Wiliam Gill ilə söhbət edib.

Prezident İlham Əliyev George Bushun görkəmli dövlət xadimi olduğunu deyib, onunla bağlı xatirələrini yada salıb.