Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Gazette-yə verilən məlumata görə, baş vermiş yanğın hadisəsi zamanı binanın 6-cı mərtəbəsinin eyvanında bir ədəd qaz sayğacı, 7-ci mərtəbəsinin eyvanında plastikdən ibarət pəncərə çərçivəsi, bir ədəd su qızdırıcısı və bir ədəd kondisioner, 8-ci mərtəbəsinin eyvanında 4 kvadratmetr sahədə məişət tullantıları və hər üç mərtəbənin eyvanından keçən kommunikasiya xətləri 9 paqonnımetr yanıb.

Hadisə zamanı 83 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.