Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə cari il dekabr ayının 3-dən 6-dək Azərbaycan Dövlət Pedaqoji və Azərbaycan Dövlət Neft və Sənaye universitetlərində, 4-dən 7-dək isə Azərbaycan Dillər Universitetində “Azərbaycan Kinosu Günləri” keçiriləcək.

Gazette xəbər verir ki, Azərbaycanın tarixini və mədəniyyətini insanlara daha yaxından tanıtmaq, xüsusilə, gənclərdə vətənə və torpağa məhəbbət hisslərini gücləndirmək məqsədilə keçilən Kino Günləri çərçivəsində son illər vətənpərvərlik, Qarabağ və digər milli-mənəvi dəyərlərimiz haqqında dövlət sifarişi ilə çəkilmiş sənədli filmlərin nümayişi və tanınmış incəsənət xadimləri ilə görüşlərin təşkili nəzərdə tutulmuşdur.