İctimai Televiziya və Radio Yayımları Şirkəti ötən gün İsrailin paytaxtı Tel Əviv şəhərində keçirilən 64-cü Avroviziya Mahnı Müsabiqəsi zamanı Azərbaycan təmsilçisi Çingiz Mustafayevin çıxışı öncəsi göstərilən xəritədə Azərbaycanın ərazisinin təhrif edilməsi ilə bağlı məlumat yayıb.

İTV-dən Gazette-yə daxil olan məlumatda deyilir :""Eurovision 2019" mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin çıxışı zamanı xəritədə Qarabağ və Naxçıvanın qeyd edilmədiyi aşkarlanıb. Məsələ ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən dərhal müsabiqə təşkilatçılarına və Avropa Yayımları Birliyinin rəhbərliyinə rəsmi şəkildə etiraz bildirilərək müraciət edilib. Hazırda bununla bağlı qarşı tərəfin açıqlamasını gözləyir."