Bu gün Avroviziya Mahnı Müsabiqəsində final görüşləri keçiriləcək.

Gazette xəbər verir ki, İsrailin paytaxtı Tel Əviv şəhərində keçiriləcək və 26 ölkə təmsilçisinin iştirak edəcəyi finalda Azərbaycanı Çingiz Mustafayev “Truth” mahnısı ilə təmsil edəcək. Mayın 16-sı keçirilən yarımfinalda 18 nömrə altında çıxış edən Çingiz bu gün finalda səhnəyə 20-cı çıxacaq.

Qeyd edək ki, Tel Əvivin "Ekspo Mərkəzi"də keçiriləcək "Eurovision 2019"-un finalında ev sahibi İsrail və 5 daimi üzv olan İtaliya, Fransa, İspaniya, Böyük Britaniya və Almaniya ilə yanaşı daha 20 ölkənin, Azərbaycan, Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San Marino və Sloveniya, Şimali Makedoniya, Hollandiya, Albaniya, İsveç, Rusiya, Danimarka, Norveç, İsveçrə və Malta təmsilçiləri qalib gəlmək üçün yarışacaqlar.

Chingiz Mustafayev adlı şəxsin şəkli.

Chingiz Mustafayev adlı şəxsin şəkli.