Respublikanın əməkdar artisti, tanınmış diktor Natəvan Hacıyeva 77 yaşında dünyasını dəyişib.

Gazette xəbər verir ki, 1942-ci ildə Bakıda ziyalı ailəsində dünyaya göz açmış Natəvan Hacıyeva orta məktəbi bitirdikdən sonra o vaxtkı Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olub. Ali məktəbdə oxuduğu illərdə müsabiqə yolu ilə Azərbaycan Televiziyasına diktor kimi işə qəbul edilib.

Natəvan Hacıyevanı tamaşaçılara sevdirən aydın diksiyası, şirin danışığı, gülərüzlüyü və qəlbə yatan məlahətli səsi olub.

N. Hacıyeva ömrünün 56 ilini milli televiziyamıza həsr etsə də, “Aygün” filmindəki epizodik rolunu sənətdə ilk debütü sayırdı. Onun 2000-ci ildə çapdan çıxmış “Mən o günləri yaşamışam” kitabında Azərbaycan Televiziyasında çalışdığı illərlə bağlı unudulmaz xatirələri öz əksini tapıb.

Qeyd edək ki, Natəvan Hacıyeva onkoloji xəstəlikdən əziyyət çəkirdir.