Azərbaycanda fiziki məhdudiyyətli insanların çıxış etdiyi yeganə inklüziv teatr olan “Əsa” teatrı haqqında "Döngə" adlı sənədli film çəkilib. 

Gazette xəbər verir ki, sənədli filmin ilk nümayişi 2018-ci ildə “AzerNewMedia”nın dəstəyi ilə keçirilsə də, geniş tamaşaçı kütləsinə təqdim edilməmişdi. 

Ötən il keçirilən “Qızıl Pəri”, Kino və Televiziya üzrə Milli Peşə Mükafatı “Ən yaxşı sənədli film” nominasiyasında beş nominantdan biri olan “Döngə”ni artıq intertnet vasitəsilə izləmək mümkündür. 

Filmin əsas süjet xətti fiziki məhdudiyyətli aktyorların öz həyat hekayələrini danışması üzərində qurulub. 

Qeyd edək ki, filmin ssenari müəllifi və quruluşçu rejissoru Vəfa Ağabalayeva, quruluşçu operatoru Yusif Şəfiyev, prodüseri Tamerlan Hüseynovdur.

AzerNewMedia adlı şəxsin şəkli.

AzerNewMedia adlı şəxsin şəkli.

AzerNewMedia adlı şəxsin şəkli.

AzerNewMedia adlı şəxsin şəkli.

AzerNewMedia adlı şəxsin şəkli.