Bakı Kitab Mərkəzində musiqili poeziya axşamı keçirilib.

Gazette xəbər verir ki, "FMG Qadınlar Klubu"nun təşəbbüsü və Bakı Kitab Mərkəzinin dəstəyi ilə təşkil olunmuş tədbirdə Azərbaycan qadın şairələri və incəsənət xadimlərinin ifasında qadın şairlərinin əsərlərindən seçmələr səslənib.

Tədbirdə şair və filoloq Aydan Xəndan, Yazıçılar birliyinin üzvü, şairə Zəhra Bədəlbəyli, Azərbaycanın xalq artistləri Ayan Mirqasımova və Mehriban Zəki, filologiya elmləri doktoru, professor Naida Məmmədxanova, əməkdar jurnalist, professor Flora Naci, şair tərcüməçi Səhrun Süleymanova, şairə Nailə Balakişiyeva, aparıcılar Kamilə Babayeva, Natella Kərimova və başqaları dünya poeziyasından seçmə əsərlər ifa ediblər.

Poeziya axşamında, M. Gəncəvi, N. Rəfibəyli, A. Axmatova, M. Svetayeva, eləcə də gənc və istedadlı şairə və rəssam, ictimai xadim Leyla Əliyevanın əsərləri səslənib.

İncə və romantik mühitdə keçən tədbirdə Bakı Musiqi Akademiyasının, xalq artisti Zəhra Quliyevanın rəhbərlik etdiyi "Detaşe" violinçilər ansamblının həzin ifası gecəyə ayrı bir gözəllik və qeyri-adi ovqat qatıb.