Gazette mart ayında nümayiş olunacaq və artıq nümayişinə başlanılmış 11 ən maraqlı filmi təqdim edir.

Greta

Tənha gənc ofisiant xanım Nyu York metro stansiyalarından birində çanta tapır.

Xoşbəxtlikdən çantanın içində ünvan olur və onu dul piano müəlliməsi olan sahibinə çatdırır. Lakin qız sonradan anlayır ki, özünə perspektivli dostlar cəlb etmək xətrinə piano müəlliməsi tez-tez çantasını fərqli yerlərdə qoyur.

Neil Jordanın rejissorluq etdiyi "Greta" 1980-ci illərin sonu 1990-cu illərin əvvəllərində ərsəyə gələn "Fatal Attraction" (Ölümcül Cazibə) və "Single White Female" (Ağdərili Subay Qadın) filmlərinə uyğun "qadın nifrəti ilə" dolu trillerdir. Amma aktyor seçimi mükəmməldir: Chloe Grace Moretz ofisiant rolunu ifadə edir və Isabelle Huppert onun rəqibi rolunu oynayır. Variety jurnalından Peter Debruge yazır ki, "Greta" "haqq etdiyi dəyərdən daha çox xoş təsir bağışlayır".

 

Küləyi Cilovlayan Oğlan (The Boy Who Harnassed the Wind)

"Oscar"-a namizəd aktyor Chiweter Ejiofor kamera önündə olduğu qədər "Küləyi Cilovlayan Oğlan" filmi ilə ssenari müəllifi-rejissor kimi kamera arxasında da nə qədər səriştəli olduğunu sübut edir.

William Kamkwambanın avtobioqrafik əsəri əsasında lentə alınan filmdə 13 yaşlı bir oğlan (Maxwell Simba), velosiped hissələri və saqqız ağacının odunları vasitəsilə külək turbini yaradaraq 2001-ci ildə Malavidə yaşanan aclıqdan ailəsini qurtarmaq istəyir.

Ejiofor bu hekayənin arxasında yatan korrupsiya və qəddarlıq reallığını mükəmməl şəkildə göstərməklə yanaşı, oğlanın atası kimi rolunu da çox gözəl ifa edir. "The Independent" qəzetindən Geoffrey Macnab da bunu təsdiqləyir. "Film bir çox müxtəlif səviyyələri özündə yaxşı cəmləyib: yeniyetmə hekayəsi, folklor kənd hekayəsi, ekologiya və təhlükəyə qarşı bacarıq və fərasətlə tab gətirməyin lirik və dərin tərəfi."

 

Apollo 11

Görəsən Neil Armstrong həqiqətənmi Damien Chazelle'in "Birinci" (First Man) filmindəki qədər əziyyətlərə tab gətirməli olub? Görəsən Buzz Aldrin həqiqətənmi o qədər pisniyyətli olub? Aya enmək kimi böyük tarixi hadisənin 50-ci ildönümündə bu suallara detallı və aydın cavab tapa biləcəyik. Həm də böyük ekranda.

Filmin rejissoru Todd Douglas Miller və komandası əvvəllər heç yerdə göstərilməyən arxiv materialını heç bir aparıcı danışığı və ya yeni müsahibələr olmadan bərpa və redaktə edib. Onları bu əziyyəti Sundance Film Festivalındakı premyeradan sonra, Rotten Tomatoes"da 100 faizlik qiymət alıb.

"Apollo 11" "insanın nəfəsini kəsəcək qədər təəccüblü" bir filmdir, "IndieWire"da David Ehrlich yazır: "Yer kürəsindən çıxıb tamamilə başqa bir yerə enmək reallığı adamı anidən tutur."

 

Nəticə (Aftermath)

"Nəticə" filmi atəşkəsdən sonra belə ədavətin davam etdiyini göstərən İkinci Dünya Müharibəsi ilə bağlı filmlərdən biridir.

Ssenarisi Rhidian Brook'un əsərindən götürülən filmin rejissoru James Kentdir. Filmdə Keira Knightley müharibədən sonra Hamburqda xidmət göstərən bir britaniyalı hərbçinin (Jason Clarke) həyat yoldaşını rolunu canlandırır.

Oğlu hava zərbələri zamanı həyatını itirdiyi üçün o, almanlara nifrət edir. Bəs görəsən hündürboy, əsmər və yaraşıqlı arxitektor (Alexander Skarsgård) ona qərəzli düşüncələrdən qurtulmaqda kömək ola biləcəkmi?

 

Sakit Oturan Fil (An Elephant Sitting Still)

Böyük istedad sahibi Hu Bonun ssenarisi və rejissorluğu əsasında ərsəyə gələn ilk və son filmdir. Hu Bo film çəkildikdən az sonra, 29 yaşında intihar edib. Təxminən dörd saat davam edən "Səssiz Fil" (Daxiang Xi Di Er Zuo) filmi Çinin şimalında yerləşən bir köhnə şəhərdə yaşayan dörd yad insanın həyatının bir günündən bəhs edən sosial-realist bir ssenari əsasında qurulub.

Qəhrəmanların hər biri "Manchurian" zooparkına gedirlər və ətrafında baş verənlərə məhəl qoymayan bir oturan fil görürlər. "Sight and Sound" jurnalı filmin "ümidsiz həyatların introspektiv və təsirli" məzmunu olduğunu deyib və "Hu Bonun şəxsi şübhələr və narahatlıqlara qarşı həssaslığı və bunların mürəkkəb və etibarlı obrazların üzündə əks etdirmək bacarığını" yüksək qiymətləndirib.

 

Kapitan Marvel (Captain Marvel)

On il çəkməsinə baxmayaraq, "Marvel Studios" qadın super-qəhrəman haqqında film lentə ala bilib. Bu eləcə də, "Marvel"in qadın rejissor tərəfindən çəkilən ilk filmidir.

"Kapitan Marvel"in yaradıcıları "Yarı Nelson" (Half Nelson) və "Missisipi Bülövü" (Mississippi Grind) filmlərinin ər-arvad rejissor komandası Anna Boden və Ryan Fleckdir. "Oscar"lı Brie Larson, yadplanetlilər tərəfindən kosmik güclər əldə edən ABŞ Hava Qüvvələri pilotu Carol Danversi canlandırır.

"Marvel" formulunun digər tipik tərəfi də hadisələrin 1990-cı illərdə baş verməsidir. Rəqəmsal şəkildə gəncləşdirilən Samuel L Jackson öz ənənəvi obrazı Nick Fury'nin gənc dövrünü oynayır.

 

Mustanq (The Mustang)

Zorakılıq əsasında həbs olunan bir məhkum (Matthias Schoenaerts) 12 il Nevada səhra həbsxanasında saxlanıldıqdan sonra, vəhşi atların təlimi üçün bir proqrama qoşulur.

Əlbəttə ki, "Mustanq" filmi məhkumun heyvanları əhliləşdirmək yox, heyvanların ona nə öyrədə biləcəyini ehtiva edir. Laure de Clermont-Tonnerre'nin təmkinli və dəqiqliklə qələmə aldığı ssenari o qədər inandırcıdır ki, köhnə klişeləri dördnala arxada qoyur.

"Mustanq gözəl və ürəkdən ləzzət edən bir sürprizə çevrildi," Perri Nemiroff Collider saytında yazır. "De Clermont-Tonnerre-nin həssas toxunuşu və Schoenaertsin aparıcı aktyor kimi unudulmaz çıxışı dramatik hərəkətlər və hadisələrlə deyil, sadə insan anlayışı və hissləri ilə məni heyran etdi."

 

Çimərlik Bumu (The Beach Bum)

Harmony Korine-nin 2012-ci ildə istehsal olunan "Yaz Tətilçiləri" (Spring Breakers) adlı sonuncu psixodelik kriminal filmində Vanessa Hudgens və Selena Gomez Disney ulduzu imiclərini tam sərgiləyə bilmişdilər.

Yeni filmi də səyahət əsaslıdır. Yenə də Floridaya. Amma bu dəfə Matthew McConaughey ilə.

Korine deyir ki, aktyor "insanların onu təsəvvür etdiyi ideyada oynayır və rolunu bir növ radikal istiqamətə daşıyır". McConaughey azad ruhlu personajını Moondog adlı üsyankar narkotik aludəçisi rolu ilə parodiya edir. Yeni komediyası haqqında daha çox məlumat almaq istəyən jurnalistlərə Korine belə deyib: "Çəkilişlərimizin əksəriyyəti onun spirtli içki qəbul etdiyi və işədiyi səhnələrdən ibarət olub." Məclisi zənginləşdirənlərə Snoop Dog, Isla Fisher, Jonah Hill və Zac Efron da daxildir.

 

Hotel Mumbai

2008-ci ilin noyabrında terroristlər Mumbaida dörd gün bombalama və güllələmə həyata keçirirlər. Anthony Marasın real hadisələrə əsaslanan trilleri dünyanın ən qəddar cinayət səhnələrindən birini yaradıb: mühasirəyə alınmış "Tac Mahal Palace Hoteli".

Aktyor ansamblına müştəriləri üçün hər şeyi qurban verməyə hazır olan ofisiant Dev Patel və övladı hoteldəki otağında, özü isə aşağıdakı yeməkxanada qalan amerikalı qonaq rolunu ifa edən Armie Hammer daxildir. Olduqca dözülməz və son dərəcə gərgin səhnələrlə dolu "Hotel Mumbai-ni The Guardian qəzeti, "mükəmməl" adlandırıb.

 

Biz (Us)

Rədd Ol (Get Out) 2017-ci ilin ən uğurlu işlərindən biri olmuşdu. Yaradıcısı Jordan Peele eskiz komediyaçısı kimi tanınsa da, onun ssenarist-rejissor kimi aşağı büdcəli debüt filmi son dərəcə uğurlu alınmışdı. Oscar (ən yaxşı ssenari) qazanan həmin film, ABŞ-da irq münasibətlərindən bəhs edir. Həm də qorxulu idi.

İnanmaq nə qədər çətin olsa da, o, növbəti filmi Biz-in daha qorxulu olduğunu qeyd etmişdi və treyleri qorxuducudur. Qara Pantera (Black Panther) filminin ulduzlarından ikisi Lupita Nyong'o və Winston Duke tətil üçün uşaqlarını çimərlik evinə aparan və orada qayçıdan istifadə etməklə qorxu yaradan insanlarla üzləşən iki valideyn rolunda çıxış edirlər.

 

Dumbo

"Tim Burton-nun təxəyyülündən," treylerdə deyilsə də, azca şişirtmə ola bilər. Nə də olsa, "Dumbo" klassik Disney cizgi filminin canlı formasıdır və son illərdə bu tip filmlərin sayı heç də az deyil. Amma digər yandan Burton qulaqları yelkən boyda olan bala sirk fili haqqında bir filmin rejissoru olmaq üçün əla seçimdir.

Edward Qayçı Əllər-dən (Edward Scissorhands) tutmuş "Xanım Peregrine-nin Qeyri-adi Uşaqlar üçün Evi"nə (Miss Peregrine's Home for Peculiar Children) qədər sehrli və fərqli obrazlar onun ən sevimliləri olub. Bununla yanaşı, "Batman Qayıdır" (Batman Returns) pərəstişkaları Burton-un Bruce Wayne ilə və Pinqvin (Penguin) sevərlər Burton-un Michael Keaton və Danny DeVito ilə işindən razı qalacaqlar.