Prodüser Tarix Əliyev (Tolik) aparıcısı olduğu “Hər şey daxil” verilişində maraqlı açıqlaması ilə diqqət çəkib.

O, proqramın qonağı rejissor Ramin Hacıyevdən verilişindəki solisti “Keçəl” obrazına çəkməyi xahiş edib.

Tolik söyləyib ki, əgər solist “Keçəl” obrazına çəkilməyə razılıb verib, saçlarını qırxdırsa, özü “Bahar qızı” olacaq:

“Heydər Əliyev sarayında Röya gəlməmişdi deyə, gəlin paltarı geyinib, səhnəyə çıxmışdım. Burada nə var ki? Obrazdır. Əsas odur ki, gizlincə arvad paltarı geyinib, min hoqqadan çıxmayasan. Bığıburma kişilər var ki, başqa yerdə arvad paltarı geyinirlər. Yeri gələndə, Rəfaellə Coşqundan artıq oğlan deyiləm ki...”.
 
 ///Axşam.az