Təbrizdə dünyanın ilk 600 metrlik inteqrasiya olunmuş xalçası toxunub.

6 il zaman sərf edilən və üç ton ağırlığındakı xalça 60 sırada toxunulub, 70 rəngə malikdir. 

Təbrizdə toxunulan az sayda rəngli ipliklərdən istifadə olunan xüsusi dizaynlı xalçalar Avropa ölkələrinə göndərilir. Təbrizli xalça istehsalçısı bildirib ki, hal-hazırda min kvadrat metrlik bir xalça da Oman sultanı üçün toxunulur.

"İl ərzində bir milyon kvadrat metr xalça istehsalımız var və ötən il Avropa, ərəb ölkələrinə, Rusiyaya və Çinə 100 milyon dollarlıq xalça verdik", Şərqi Azərbaycan vilayəti Sənaye, Ticarət və Mədən Təşkilatının rəhbəri Nasir Avişən bildirib.

600 min nəfərin dolayı şəkildə xalçatoxuma sənətindən qazanc əldə etdiyi İranın Şərqi Azərbaycan vilayətində 200 min nəfər bu işlə məşğulsa da, onlardan cəmi 1/4-nin sığortası olduğu bildirilir. 

Qeyd edək ki, Təbriz xalçaçılıq məktəbi XVI əsrdə Səfəvilər sülaləsinin hakimiyyətə gəlməsi ilə güclənib, həmin əsrin sonlarından başlanaraq Təbriz xalçaları Avropa ölkələrinə göndərilməyə başlayıb.