İyunun 28-nə olan operativ məlumata görə, ölkə ərazisində 706795,7 (7 yüz min 6 min 7 yüz 95 tam onda yeddi) hektar ərazidə taxıl biçini aparılıb, 312559,35 hektar ərazidə arpa, 394236,35 hektar ərazidə buğda biçini başa çatıb.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, ümumilikdə bu günədək ölkə üzrə 2270391,1 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 32,1 sentner təşkil edir.

Bərdə, Zərdab, Ucar, Yevlax, Sabirabad, Saatlı, Salyan, Biləsuvar, Kürdəmir, Ağdam, Tərtər, Balakən, Qax, Neftçala, İmişli, Füzuli və Masallı rayonlarında arpa biçini başa çatıb. Beyləqan, Goranboy Cəlilabad, Göyçay və Ağdaş rayonlarında arpa biçini başa çatmaq üzrədir. Ağdaş ərazisində arpa əkilmiş 11630 hektar sahənin 11382 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 24,2 s/ha təşkil edir. Göyçay ərazisində arpa əkilmiş 6851 hektar sahənin 6839 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 30,5 s/ha təşkil edir. Şəki, Hacıqabul, Ağsu, Ağdaş rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:

 

Rayon

Arpa sahəsi, ha

Biçilmiş sahə, ha

Məhsuldarlıq, s/ha

Neftçala

31404

31404

27,5

Şəki

21626,3

21390

34,3

Sabirabad

9600

9600

37,7

Zərdab

5730

5730

30,6

Yevlax

5082,5

5082,5

28,5

Cəlilabad

4509,1

4460

35,2

Bərdə

2601

2601

38,9

Beyləqan

1765

1760

29,2

Ağsu

16036

15740

31,0

Biləsuvar

14900

14900

30,9

Hacıqabul

11008

9967

30,0

Goranboy

13449

13339

29,0

Göygöl

2377

2096

24,9

Şamaxı

11491

9530

17,0

İsmayıllı

6173

4697

32,1

Şabran

4981,5

4541

24,0

Qəbələ

4400

4200

32,0

Samux

3681,5

3676

34,7

Xaçmaz

5786

5333

30,3

Xızı

1949

1938

17,0

Qax

2881

2881

26,1

Masallı

2786

2786

21,4

Füzuli

8505

8505

29,0

Ağdam

2215

2215

35,5

Tərtər

3815

3815

33,7

İmişli

6322

6322

34,2

Göyçay

6851

6839

30,5

Salyan

9917

9917

34,2

Ağdaş

11630

11382

24,2

Saatlı

5822

5822

36,2

Siyəzən

2516

2475

27,5

Balakən

457,7

457,7

28,7

Cəbrayıl

550

550

30,5

Ucar

7716

7716

26,7

Zaqatala

3360

3070

27,7

 

Qeyd edək ki, bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir. Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.