Debabrın 4-7 tarixlərində “Bakutel 2018”- 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransı keçiriləcək.

Gazette xəbər verir ki, bu il sərgidə dünyanın 20 ölkəsini təmsil edən 200-dən artıq şirkətin iştirakı gözlənilir. İştirakçıların arasında İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları, tanınmış brendlərin distributorları və gənc ixtiraçılar yer alacaq.

“Bakutel 2018”də sərgisi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəal dəstəyi ilə reallaşdırılan ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, İran, Fransa, Türkiyə, Sloveniya, Xorvatiya kimi ölkələrin milli stendləri nümayiş etdiriləcək.

Sərgi bu il bir real innovasiya festivalı təqdim edəcək. Sərgidə banklar üçün yeni nəsil IT həlləri, şəhər nəqliyyatı, pərakəndə satış, “Ağıllı Şəhər” (Smart City) sistemləri, 4G-5G mobil texnologiyalar, optik lifli texnologiya və “bulud” texnologiyaları üzrə xidmətlər təklif olunacaq.

Hər il iştirakçıların siyahısı yeni şirkətlərlə öz ekspozisiyasını genişləndirir. Bu il debütantlar arasında "Silk Way Biznes Aviasiya", Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA), ”Sistematiks” (Rusiya), “Suntech” (Polşa) və digər şirkətlət yer alır.

"Silk Way Biznes Aviasiya" öz stendində təyyarə üçün yeni bir laboratoriya təqdim edəcək: ATR 42-500. Bu gəmi üçün yenilik Sokkia GRX1 cihazında gerçək zamanlı kinematik metodundan (RTK) istifadə edilən geodeziya çəkilişidir.

Eyni zamanda sərgidə turizm, ekologiya, qonaqpərvərlik, mühasibatlıq və s. kimi müxtəlif fəaliyyət istiqamətləri üzrə yeni ideyalarını təqdim edəcək 100-ə yaxın azərbaycanlı startapçılar təqdim olunacaqlar.

Sərginin yeni istiqaməti kimi kiçik və orta müəssisələrin, özəl texnologiya ixtiraçılarının biznesinin inkişafına və əyləncədən tutmuş neft  sahəsi üzrə olan bütün məsələlərinin həllinə yönlənərək, onları özünə cəlb etməkdir. Bu istiqamət Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə reallaşdırılır.

"Bakutel 2018"də dörd iş günü ərzində dolğun və çoxtərəfli işgüzar tədbirlər proqramı keçiriləcək. Tədbirdə müxtəlif konfrans və görüşlərin keçirilməsi planlaşdırılır.

"Bakutel Tech Talks" adlı yeni formatda açıq müzakirələr təşkil olunacaq. Burada sessiyaların birində "Google", "LG", "Facebook", CERN kimi iri şirkətlərdə çalışan həmvətənlərimiz öz uğur heykayələrini və ən son trendləri bizimlə bölüşəcəklər. Sessiyanın adı da ele mövzuya uyğun olaraq “Bizimkilər” adlanır.

Bundan əlavə təhsil, turizm, nəqliyyat, tele-radio kimi sahələrdə bu gün tələb olunan İT həllər mövzusunda danışıqlar və diskussiyalar aparılacaq. Həmçinin “Bakutel” sərgisi çərçivəsində “B2B” formatlı görüşlər də təşkil olunacaqdır.

İlk dəfə olaraq “Bakutel” sərgisində alman alimlərinin ixtirası olan ultra-modern texnologiyası əsaslı “Robokiper” təqdim olunacaq. “Robokiper” - dünyanın ən sürətli qapıçısı hesab edilir. “Bakutel 2018” sərgisinin zirayətçiləri və qonaqları “Robokiper”-ə qol vurmaqda özlərini sınaya biləcəklər. Oyun iştirakçılarına vurduqları hər bir qola görə “Azercell” şirkəti tərəfindən müxtəlif hədiyyələr və “Aloff” firması tərəfindən futbol topu təqdim ediləcək. 

“Bakutel” sərgisi hər kəsə ən yaxşı nailiyyətlər və texnologiyaların qəbul edilməsi, yeni tərəfdaşlar və investorların tapılması, eləcə də biznesin inkişafı üzrə səmərəli həll yollarını təqdim edəcək.

Qeyd edək ki, “Bakutel 2018” sərgisi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), Regional Rabitə Birliyi (RRB), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti, baş sponsoru qismində isə "Azercell Telecom" şirkəti çıxış edir.