Çin Xalq Respublikasının Şanxay şəhərində “Sial China 2019” beynəlxalq sərgisi öz işinə başlayıb.

İqtisadiyyat Nazirliyindən Gazette-yə verilən məlumata görə, 14-16 may tarixlərində keçiləcək sərgidə nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan ixrac missiyasına daxil olan 12 Azərbaycan şirkəti məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirir.

“Sial China 2019” sərgisində qeyd edilən şirkətlərlə yanaşı, əlavə olaraq 7 Azərbaycan şirkəti fərdi qaydada iştirak edir. Bundan əlavə, Çinin Şanxay və Urumçi şəhərlərində fəaliyyət göstərən ticarət və şərab evləri vasitəsilə də Azərbaycan məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur.

Qeyd edək ki, sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən oan həmkarları ilə görüşlər keçirəcək, məhsulların satışına dair müzakirələr aparacaqlar.