Mayın 15-i "Bakı Ekspo Mərkəzi"ndə 25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “World Food Azerbaijan 2019” sərgisi açılıb.

Gazette xəbər verir ki, sərgidə “ABAD” publik hüquqi şəxs öz stendi ilə təmsil olunur. Bu il də “World Food Azerbaijan 2019”da  ABADçı ailələrinin istehsal etdiyi yeni məhsulları eksklyüziv olaraq sərgilənib.

Onlar arasında bir neçə çeşiddə pendirlər, badımcan kürüləri, pomidor turşusu, yağlar, meyvə şirələri, kəsmiklər, kolbosalar, meyvə quruları, qara çay və bal məhsulları dequstasiya masasında maraqla qarşılanıb.

Qeyd edək ki, sərgi mayın 17-dək davam edəcək.