ABŞ-ın “Amazon” şirkəti bazar kapitallaşması göstəricisinə görə yenidən “Microsoft”u geridə qoyaraq dünyada ən bahalı şirkət elan edilib.

Gazette xəbər verir ki, “Amazon”un kapitallaşma dəyəri 797 milyard, “Microsoft”da isə 789 milyard dollar olub. “Alphabet” şirkəti kapitallaşma dəyərinə (745 milyard dollar) görə 3-cü, “Apple” isə 4-cü yeri bölüşdürürlər.

“Amazon” şirkəti bazar kapitallaşmasına görə ilk dəfə 2018-ci ilin fevralında, ikinci dəfə isə dekabrda “Microsoft”u üstələməyə nail olub.

“Forbes” jurnalının versiyasına görə, “Amazon” şirkətinin direktoru Jeff Bezos planetin ən zəngin insanlarının reytinq siyahısına başçılıq edir. “Microsoft”un təsisçisi Bill Gates sözügedən reytinqdə ikinci yerdə qərarlaşıb.

Mənbə: Bloomberg