Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2019-cu ilin birinci rübü ərzində 33 min 969 nəfər işlə təmin olunub.

Hazirlikdən Gazette-yə daxil olan məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 13,2% çoxdur.

İşlə təmin edilənlərdən 29 min 404 nəfərini “İşsizin DOSTu” qroqramı çərçivəsində ödənişli ictimai işlərlə təmin olunanlar təşkil edib. Həmin şəxslərin hər biri ilə əmək müqaviləsi bağlanıb. Bununla da onlar sosial sığorta sistemində iştirak və gələcəkdə sosial təminat hüquqlarına malik olmaq imkanı əldə ediblər.

Yanvar-mart aylarında Xidmət tərəfindən işlə təmin edilənlərin 8 min 826 nəfəri gənclər, 281 nəfəri əlilliyi olan şəxslər, 1876 nəfəri isə məcburi köçkünlər olub.

Project Image