Qətər 2019-cu ilin yanvar ayının 1-dən etibarən Neft İxrac Edən Ölkələr Təşkilatı - OPEC-dən ayrılacaq.

Gazette xəbər verir ki, bu barədə Qətər Energetika naziri Saad Sherida Al-Kaabi məlumat verib.

Al-Kaabi paytaxt Dohada təşkil edilən mətbuat konfransında qərarın siyasi deyil, iqtisadi və texniki baxımından alındığını qeyd edib.

Onun sözlərinə görə bundan sonra Qətər qaz istehsalına daha çox diqqət ayırmağa qərar verib. 

Qeyd edək ki, dünyanın ən böyük qaz və neft ixracatçılarından olan Qətər 1960-cı ildə yaradılmış OPEC-in ilk üzvlərindən biri olub.