Gömrük Komitəsi ötən ay büdcəyə 226 milyon köçürüb
- 30.11.2018 04:54:06
Cari ilin oktyabr ayında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 226 milyon 88 min manat olub.
Komitənin Mətbuat xidmətindən Gazette-yə bildirilib ki, ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 59 milyon 470 min manat, əlavə dəyər vergisi üzrə 157 milyon 18 min manat, aksizlər üzrə 6 milyon 780 min manat, yol vergisi üzrə isə 2 milyon 818 min manat təşkil edib.