Son vaxtlarda daxili bazarda kartof, soğan və kələmin qiymətində ciddi artım baş vermişdir.

Gazette xəbr verir ki, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin birgə yaydıqları məlumatda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2019-cu il tarixli qərarı ilə beynəlxalq təcrübəyə uyğun olaraq, həmin məhsulların istehsal mövsümü də nəzərə alınmaqla, kartofun ixracına bu ilin 30 aprelinədək, soğan və kələmin ixracına isə 31 may tarixinədək ixrac rüsumunun tətbiqinə başlanıldığı, habelə soğanın idxalına tətbiq olunan spesifik rüsum həmin müddətədək ləğv edildiyi bildirilir.

Qeyd edilir ki, atılmış bu addım daxili bazarda qiymət sabitliyinin təmin olunmasına, ölkə əhalisinin  bu məhsullara olan tələbatının daha dolğun ödənilməsinə xidmət edir.

Məlumatda sahibkarların məhsullarının satışında yarana biləcək çətinliklərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görüləcəyi vurğulanır.