Dünya Bankı (DB) 2019-cu ildə Azərbaycanda ÜDM-in artımını 3,6% səviyyəsində proqnozlaşdırır, bu da iyun ayının proqnozundan 2 faiz bəndi azdır.

Gazette xəbər verir ki, bankın saytında dərc olunan yanvar ayının “Global Economic Prospects” icmalına əsasən, 2020-ci ildə Azərbaycanda ÜDM-in artımı 3,3% təşkil edəcək, bu da öz növbəsində iyun ayının proqnozundan 0,1% bəndi çoxdur.

DB 2021-ci ildə Azərbaycanda iqtisadi artımı 2,7% səviyyəsində proqnozlaşdırır.

“Maliyyə sektorunda stabilləşmə və neftin qiymətinin nisbətən artımı 2018-ci ildə Azərbaycan iqtisadiyyatının tədricən bərpasına səbəb olub. Ölkə iqtisadiyyatının dəstəklənməsi məqsədilə fiskal tədbirlərə ümid etməkdə davam edir. Bundan əlavə, Azərbaycan manatının məzənnəsinin stabilləşməsi inflyasiyanın azalması və pul-kredit siyasətinin yumşaldılmasına gətirib”, - icmalda qeyd edilir.

Xəbər verildiyi kimi, 2019-cu ildə Azərbaycan hökuməti ÜDM-in artımını 3,6%, 2020-ci ildə - 3,8%, 2021-ci ildə - 3,6% səviyyəsində olacağını gözləyir.

2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda ÜDM-in artımı 1,3%, orta illik inflyasiya – 2,3% təşkil edib.