UEFA Çempionlar Liqasında 1/8 finalın mərhələsində bu gecə daha iki qarşılaşma keçiriləcək.

Gazette verir ki, 1/8 finalın cavab oyununda İtaliyada "Juventus" İspaniya "Atletico Madrid"ini, İngiltərədə "Manchester City" isə Almaniya "Schalke"sini qəbul edəcək. 

Komandalar arasında keçirilən ilk görüşün nəticəsi İspaniya və İngiltərə təmsilçilərinin mərhələ adlamaq şansını artırıb. Ancaq rəqibini doğma meydanda qəbul edəcək "Juventus" Madriddəki 0:2 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. "Schalke"nin isə işi daha çətindir. Evdə qapısından 3 top buraxan almanların güclü rəqibi ilə görüşdə geridönüş etmək şansı aşağı qiymətləndirilir.

Qeyd edək ki, hər iki qarşılaşma Bakı vaxtilə saat 00:00-da keçiriləcək.