Bu gün UEFA Çempionlar Liqasında 1/8 finala yekun vurulacaq.

Gazette xəbər verir ki, bu gecə keçiriləcək 1/8 final mərhələsinin son iki oyunda “Barcelona” İspaniyada "Lyon”u, “Bayern München” isə Almaniyada “Liverpool”u qəbul edəcək.

Xatırladaq ki, komandalar arasında Fransa və İngiltərədə keçirilən ilk oyunlarda qolsuz bərabərlik qeydə alınmışdı.

Qeyd edək ki, hər iki qarşılaşma Bakı vaxtilə saat 00:00-da start götürəcək.