UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turuna yekun vurulub.

Gazette xəbər verir ki, turun ikinci günündə 16 komanda üz-üzə gəlib və qapılara ümumilikdə 29 qol vurulub. Vurulan qollardan 16-sı meydan sahiblərinin, 13-ü isə qonaqların aktivinə yazılıb.

Turu favoritlərdən "Manchester City" (İngiltərə), "Bayern München" (Almaniya), "Real Madrid" (İspaniya) və "Roma" (İtaliya) qələbə ilə başa vurub.

Günün ən diqqət çəkən qarşılaşması isə İtaliyada baş tutub. "Juventus" Turində İngiltərənin "Manchester United" komandasını qəbul edib.

İlk hissə "Juventus"un üstünlüyü şəraitində keçsə də hesab açılmayıb. Qarşılaşmanın ikinci yarısında italyanlılar qol vurmağı bacarıblar. Matçın 65-cü dəqiqəsində Cristiano Ronaldonun zəbəsi qarşısı alınmaz olub, 1-0. 

Lakin Mançester təmsilçisi oyunun sonlarında geri dönüş edə bilib. İlk öncə səhnəyə Juan Mata çıxıb. İspaniyalı futbolçu 86-cı dəqiqədə cərimə zərbəsi ilə hesabı bərabərləşdirib, 1-1. Matçın bitiminə 1 dəqiqə qalmış "qırmızı şeytanlar" hesabda önə keçəyi bacarıblar. "Juventus"un futbolçusu Alex Sandro 89-cu dəqiqədə topu öz qapısına vurub.

Beləliklə, Jose Maurinhonun yetirmələri səfərdə güclü "Juventus"u məğlub etməklə "Old Trafford" stadionundakı məğlubiyyətin revanşını almağı bacarıblar.

Günün digər qarşılaşmalarının nəticələri: