Fevralın 11-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Gazette xəbər verir ki, SOCAR-ın inzibati binasında keçirlimiş iclasda Nikola Yurcevicin Azərbaycan milli komandasının baş məşqçisi təyin olunması haqqında qərar qəbul olunub. Xorvatiyalı məşqçi ilə yaxın günlərdə müvafiq müqavilə imzalanacaq.

İclasda həmçinin adları aşağıda göstərilmiş məşqçilərin müvafiq yaş qruplarından ibarət milli komandaların baş məşqçisi təyin olunması barədə qərar verilib:

- Milan Obradovic – Azərbaycan U-21

- Samir Əliyev – Azərbaycan U-19

- Milos Velebit – Azərbaycan U-15, U-16

Milos Velebit, eyni zamanda, U-15, U-16, U-17, U-18 və U-19 milli komandalarının koordinatoru kimi fəaliyyət göstərəcək. 

Qeyd edək ki, məşqçilik karyerasına 2002-ci ildə ölkəsinin “Zagreb” klubunda başlayan Yurcevic daha sonra Zaqreb “Dinamo”su, Avstriyanın “Austria” və Xorvatiyanın “Slaven Belupo” komandalarını çalışdırıb. O, 2006-2017-ci illərdə müvafiq olaraq Xorvatiya yığması, Moskva "Lokomotiv"i, Türkiyə "Beşiktaş"ı və İngiltərə "West Ham"ində Slaven Bilicin köməkçisi olub. Yurcevicin son klubu Zaqreb “Dinamo”sunu olub və o, ötən mövsümün sonuna 2 tur qalmış istefaya göndərilib.

 

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA adlı şəxsin şəkli.