2020-ci ildə keçiriləcək Avropa Çempionatının seçmə mərhələsinin "E" qrupunda mübarizə aparacaq Azərbaycan milli komandasının oyunlarının təqvimi açıqlanıb.

Gazette xəbər verir ki, seçmə mərhələnin oyunları 2019-cu ilin mart - noyabr aralığında keçiriləcək. Təqvimə əsasən A Millimiz ilk və son görüşünü səfərdə keçirəcək. Belə ki, yığmamızın qrupda ilk matçı 2019-cu il martın 21-i Xorvatiyada, sonuncu oyunu isə gələn ilin 19 noyabr tarixində Slovakiyada baş tutacaq.

 

Təqvim:

21 mart: Xorvatiya - Azərbaycan

8 iyun: Azərbaycan - Macarıstan

11 iyun: Azərbaycan - Slovakiya

6 sentyabr: Uels - Azərbaycan

9 sentyabr: Azərbaycan - Xorvatiya

13 oktyabr: Macarıstan - Azərbaycan

16 noyabr: Azərbaycan - Uels

19 noyabr: Slovakiya - Azərbaycan

 

Qeyd edək ki, 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək. Bakı Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu keçiriləcək.