Martın 15-də UEFA-nın İsveçrənin Nion şəhərindəki mənzil-qərargahında futbol üzrə UEFA Avropa Liqasının 20181/9-cu il mövsümünün 1/4 final mərhələsinin püşkü atılıb.

Gazette xəbər verir ki, püşkün nəticələrinə əsasən, dörddəbir finalda aşağıdakı oyunlar keçiriləcək:

 

Napoli (İtaliya) - Arsenal (İngiltərə);

Villarreal (İspaniya) - Valencia (İspaniya);

Benfica (Portuqaliya) - Eintracht (Almaniya);

Slavia (Çexiya) - Chelsea (İngiltərə).

 

1/4 final mərhələsinin ilk oyunları aprelin 11-də oynanılacaq. Cavab qarşılaşmaları isə aprelin 18-də keçiriləcək.

Qeyd edək ki, UEFA Avropa Liqasının final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

UEFA Europa League adlı şəxsin şəkli.