“Sabah” Futbol Klubu qış fasiləsində növbəti transferini rəsmiləşdirib.

Gazette kluba istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü Təmkin Xəlilzadə bundan sonra "Sabah"ın uğurları üçün çalışacaq.

Bakı təmsilçisi 25 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlayıb. O, “Sabah”da 17 nömrəli forma geyinəcək.

Karyerası ərzində “Qarabağ”, AZAL, “Zirə” komandalarında çıxış etmiş yarımmüdafiəçinin son klubu “Qəbələ” olub. 

Təmkin A Millidə keçirdiyi 10 oyunda 1 dəfə fərqlənib.

Xatırladaq ki, Təmkin Xəlilzadə “Sabah”ın qış fasiləsində həyata keçirdiyi ikinci transferdir. Klub bir neçə gün öncə Rəşad Eyubovu heyətinə qatmışdı.

2,5 illik müqavilə bağlanan 26 yaşlı Rəşad "Sabah"da 7 nömrəli forma altında çıxış edəcək. 

Qeyd edək ki, “Simurq”, “Kəpəz”, “Qəbələ”, “Sumqayıt”ın uğurları üçün çalışmış Rəşad Eyubovun son komandası “Neftçi” olub.