Rusiyanın Sankt-Peterburq şəhərində şahmatın Rapid və Blits növləri üzrə Dünya Çempionatında Rapid yarışına yekun vurulub.

Gazette xəbər verir ki, 26-28 dekabr tarixlərində keçirilən Rapid yarışının qalibi rusiyalı şahmatçı Daniil Dubov olub. Son, 15-ci turda azərbaycanlı Şəhriyar Məmmədyarovla qarşılaşan Dubov heç-heçə sayəsində ilk pillədəki yerini qoruya bilib. Çempiondan yarım xal geri qalan Şəhriyar DÇ-nı ikinci, ABŞ-lı qrossmeyster Nikaru Nakamura isə 3-cü yerdə bitirib.

Çempionatda iştirak edən digər kişi şahmatçılarımızdan Qədir Hüseynov 37, Rauf Məmmədov isə 77-ci qərarlaşıblar.

Qadınların mübarizəsində Çin şahmatçısı Wenjun Ju dünya çempionu olub. İranlı Sarasadat Khademalsharieh ikinci, rusiyalı Aleksandra Goryachkina isə bürünc medala yiyələnib.

Dünya Çempionatında iştirak edən 4 xanım şahmatçımızdan ən yüksək nəticəni Gülnar Məmmədova əldə edib. Beynəlxalq usta 124 şahmatçı arasında 18-ci pillədə qərarlaşıb.

Digər qadın şahmatçılarımızdan beynəlxalq usta Günay Məmmədzadə çempionatı 39-cu, qrossmeysterlərimiz Zeynəb Məmmədyarova 76, Türkan Məmmədyarova isə 79-cu sırada başa vurublar.

Qeyd edək ki, Blits üzrə Dünya Çempionatının oyunları 29 və 30 dekabr tarixlərində keçiriləcək.