Bu gün Avropanın əhəmiyyətinə görə ikinci dərəcəli klub turniri Avropa Liqasında qrup mərhələsinin IV turu keçiriləcək.

Gazette xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi "Qarabağ" Ukraynada "Vorskla"nın qonağı olacaq. Poltava şəhərindəki görüş ağdamlılar üçün böyük əhəmiyyətə malikdir. Belə ki, qrupdakı hər 3 oyununda da məğlub olan təmsilçimiz səfərdən xalsız dönsə, 1/16 final ümidini itirəcək. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq və "CBC sport" kanalı ilə canlı yayımlanacaq.

Yerli azarkeşlərin ən maraqla gözlədiyi oyunlardan biri İstanbulun "Şükrü Saracoğlu" stadionunda baş tutacaq və "Fenerbahçe" Belçikanın "Anderlexti" klubunu qəbul edəcək. İlk oyunda tərəflər meydanı bərabərliklə tərk etsə də bu daha çox İstabul təmsilçisinin işinə yaramışdı. "Fenerbahçe" qrupda liderlik adına qələbə üçün meydana çıxacaq. Qeyd edək ki görüşü yerli televiziya kanallarından "CBC Sport" saat 19:50-də canlı yayımlayacaq.

Türkiyənin "Beşiktaş" klubu olduqca əhəmiyyətli görüşdə Belçika "Genk"inə qonaq olacaq. İlk oyunda doğma meydanda 4-1 uduzduğu rəqibinə "qara qartallar" bu dəfə meydanı ən azı məğlub olmadan tərk etmək məcburiyyətindədir. Bu görüş yerli vaxtla saat 21:55-də "CBC Sport"dan yayımlanacaq.

Maraqlı görüşlərdən birində də Moskvanın "Spartak" komandası "Otkrıtie Arena"da İngiltərənin "Liverpool" klubunun əfsanəvi oyunçularından olmuş Steven Gerrardın çalışdırdığı Qlazqo "Rangers"ini qəbul edəcək. İlk oyun bərabərə bitdiyini və Rusiya təmsilçisinin qrupda vəziyyətinin heç də yaxşı olmadığını nəzərə alsaq onların meydana yalnız qələbə üçün çıxacaqlarını qeyd etmək olar. Görüşü idmansevərlər "İdman Azərbaycan" kanalı ilə yerli vaxtla saat 21:55-də izləyə bilərlər.

 

Keçiriləcək digər görüşlər isə bunlardır:

UEFA Europa League adlı şəxsin şəkli.

UEFA Europa League adlı şəxsin şəkli.